Xəbər lenti

Avtomobilə qarışıq benzin tökən sürücülər ehtiyatlı olun! (VİDEO)
Video 23:28 19.05.2018

Avtomobilə qarışıq benzin tökən sürücülər ehtiyatlı olun! (VİDEO)

Sürücülər bəzən avtomobil yanacağı kimimüxtəlif növ benzinlərin qarışığından istifadə edirlər. Onların fikrincə bu, mühərrikin işinə müsbət təsir göstərir. Amma ustalar bunun əksini iddia edir.

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, bəzən sürücülər avtomobilə Aİ-92 və 95 markalı benzini qarışdıraraq tökür və bunun mühərrikin işləməsinə faydalı olduğunu düşünürlər. Bəzi sürücülər isə hər iki markalı benzinin qarışdıraraq istifadə edilməsinin avtomobilə ziyan vurdugunu bildirirlər.

Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə, müşahidələr göstərib ki,avtomobillərdə benzinin qarışdırılıb tökülməsi nəticəsində əksər hallarda mühərrik hissədə problemlər yaranıb.

Ustanın sözlərinə görə, ümumilikdə yanacağın qarışdırılması əsas yeni istehsal olunan avtomobillərin mühərikinin ömrünü azaldır. Avtomobil mərhələli olaraq dartınma ilə işləyir və qara tüstü xaric edir.Köhnə avtomobillərdə isə bu problem bir neçə ildən sonra oraya çıxır və bunun qarşısının alınmasına da az xərc tələb olunur.

Ustalar istənilən halda tövsiyyə edirlər ki, bütün avtomobillərin yanacaq çəninin qapağında istesahlçı zavod tərəfindən ona uyğun benzinin markası yazılır. Sürücülər buna uyğun yanacaqdan istifadə etməlidirlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->