Siyasət 22:57 24.05.2020

Çavuşoğlu Məmmədyarovu təbrik etdi

Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu ilə telefon söhbəti olub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Elmar Məmmədyarov həmkarı Mövlüd Çavuşoğlunun Azərbaycanın 28 May- Respublikası Günü münasibətilə səmimi təbriklərini qəbul edib. Tərəflər, habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik etdilər və ən xoş arzularını ifadə ediblər.

Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.