Dünya 14:09 28.03.2020

Ay bir anlıq nəhəng Saturna çevrilib Yerə doğru gəldi (FOTO)

NASA Qvatemaladan olan Fransisko Soqzhul (Francisco Sojuel) tərəfindən çəkilən şəkli Günün astronomik şəkli (Astronomy Picture of the Day) adlandırıb. 

Qaynarinfo xəbər verir ki, Fransisko yerli Akatenanqo vulkanının üzərində asılmış Ayın şəklini çəkib, nəticədə isə Saturnun fotosu ortaya çıdıb. Sanki bu nəhəng planet Yer kürəsinə yaxınlaşır.

Təbii peykimizin əhatələndiyi halə əlbəttə ki, real deyil. Əslində bu halə onun ətrafında yoxdur. O halə belə demək mümkünsə, irəlidədir. Saturn illüziyasını çəkiliş zamanı Ayı örtən bulud zolağı əmələ gətirib. Kompozisiyaya parıltını isə Günəşin şüaları üfüqün kənarından düşərək əlavə edib.
 
Alpər