Xəbər lenti

Aysel Şükürova söyüşlərə görə üzr istədi
Ölkə 17:44 03.06.2020

Aysel Şükürova söyüşlərə görə üzr istədi

Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova mediada müzakirələrə səbəb olan  qalmaqallı məsələyə aydınlıq gətirib.

Qaynarinfo xəbər verir ki, blogger belə hal yaşamaq istəmədiyini bildirib və söyüşlərinə görə böyüklərdən üzr istəyib:

"Mən artıq bir müddət idi ki, qərar vermişdim bir daha səhifəmdə bu tipli paylaşımlar etməyəcəyəm. Başımı salıb işimlə məşğul olacam və bizə atılan sözləri görməzlikdən gələcəyəm deyə. 

Çünki 1 milyon insan elə 1 milyon fərqli düşüncə deməkdir. Düşünün ki, bu qədər insan içində savadlısı savadsızı, imkanlısı, kasıbı, xoş düşünəni, paxılı, şizofreni, dəlisi, manyakı ola bilər. Mən bu səhifəni sevənlərim üçün işlədirəm. Mən xoş günlər yaşamaq istəyirəm. 

Azərbaycan qadını adının belə söyüşlərlə yan-yana gəlsin istəmirəm. Məni söyüş söyən biri kimi tanıyırdınız. Dünəndən bu yana mən sırf nəyə görə söyüş söymək məcburiyyətində qaldığımı göstərdim sizlərə. İstəmərəm belə şeylər yaşayım. İstəyərəm ki, işimlə məşğul olum, balalarımla, ailəmlə, dostlarımla xoş vaxt keçirim. 

Amma qoymurlar, iynələyirlər ki, bir az reklam olunsunlar. Düşünə bilərsiniz ki, biri özünü söydürüb necə reklam oluna bilər?  Ona görə deyirəm ki, çox fərqli düşüncələr izləyir. Alçaldılmaqla, söyüşlə belə olsa reklam reklamdır deyən düşüncələr var. Bundan sonra artıq kimlərisə reklam etməyəcəyəm. 

Məni sevənlər onsuz sevir, amma tanımayanların gözündə kiməsə görə niyə düşməliyəm? Niyə Azərbaycan qadınına söyüş yaraşmır kimi sözlər desin məni tanımayan və səbəbini bilməyən biri? Bütün sevən izləyicilərimə təşəkkür edirəm. Həm mənim səhifəmdə, həm də başqa səhifələrdə mənim tərəfimi saxladığınız üçün. Dəstəkləyən dostlarımıza, yanımızda olanlara təşəkkür edirəm. 

Səhifəmi izləyən bütün böyüklərimdən üzr istəyirəm ki, belə şeylər gördünüz. Məni qıcıqlandırdıqlarını sizə göstərdim artıq hər kəs gördü səbəbini. Amma yenə də bu halları yaşamaq və sizlərə göstərmək xoş deyildi. Məni yıxmaq elə asan deyil. Mən haqlıyamsa, dim-dik ayaqdayam. Haqlıyamsa, səsimi kəsmək mümkün deyil. Bu işlər məhkəmədə davam edəcək. Mən 1 milyonumu sizlərlə məşğul edəsi deyiləm”.

Xatırladaq ki,  A.Şükürova sosial şəbəkədə  atası ilə bağlı başladılan cinayət işi haqda rəy yazan şəxsin özünü və ailəsini təhqir etmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->