Xəbər lenti

Siyasət 10:51 28.05.2021

Ayvazyan düşünür ki, Paşinyan seçkilərdə qalib gələ bilməyəcək... (ŞƏRH)

"Düşünürəm ki, Ayvazyanın istefa səbəbi sərhədlə bağlı Nikol Paşinyanın yürütdüyü siyasətlə əlaqəlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Fərhad Mehdiyev Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanın istefa səbəbini şərh edərkən deyib. Onun fikrincə, Ayvazyan erməni ictimaiyyətinin qarşısında özünə hörmət qazanmaq istəyir:

"Ayvazyan düşünür ki, Paşinyan seçkilərdə qalib gələ bilməyəcək. Odur ki, indidən istefa verib siyasi karyerasını qorumaq istəyir".

Qeyd edək ki, Ermənistanın Xarici İşlər naziri vəzifəsini icra edən Ara Ayvazyan istefa verib. Ara Ayvazyan ötən ilin 18 noyabrından bu vəzifədə idi. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->