Xəbər lenti

Azad olunmuş ərazilərlə bağlı ilk satınalma müqaviləsi bağlandı
Ekonomiks 16:17 05.03.2021

Azad olunmuş ərazilərlə bağlı ilk satınalma müqaviləsi bağlandı

"Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi Şuşa şəhərində yerləşən Radio-Televiziya Yayım Stansiyasına 22 kVA avtomatik dizel-generatorunun alınması ilə bağlı satınalma müqaviləsi bağlayıb.

Qaynarinfo xəbər verir ki, məbləği 7788 manat manat olan satınalmanın qalibi "Global İn-Group" MMC olub.

Dövlət satınlamları saytında ilk dəfədir ki, işğaldan azad olunmuş ərazilərlə bağlı keçirilən satınalmalar haqqında məlumat verilir.

Orxan Əhmədli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->