Azərbaycan və Belarus milliləri arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Qaynarinfo-nun AFFA-nın saytına istinadən verdiyi xəbərə görə, qarşılaşmanın baş hakimi Andris Treimanis olacaq. Ona Haralds Gudermanis və Aleksejs Spasjonnikovs kömək edəcəklər. Hər üç FIFA referisi latviyalıdır.
Qeyd edək ki, martın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.
Şərhlər