Yanvar-avqust aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Qaynarinfo Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 8 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Rusiya qərarlaşıb. İtaliyaya ixracın dəyəri 3 milyard 80,8 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 915,1 milyon dollar, Rusiyaya isə 463,3 milyon dollar olub.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında da ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 3 milyard 357,6 milyon dollar, Türkiyə ilə 2 milyard 899 milyon dollar, Rusiya ilə 1 milyard 712,6 milyon dollar təşkil edib.
Şərhlər