Xəbər lenti

Azərbaycan bu ölkələrə tekstil ixrac edəcək
Ölkə 22:50 15.05.2019

Azərbaycan bu ölkələrə tekstil ixrac edəcək

Bakı Tekstil fabrikinin məhsulu "Alpar” və "Banu” ticarət markaları ilə ixrac olunacaq.

Bunu Trend-ə fabrikin direktoru Səkinə Babayeva deyib.

Onun sözlərinə görə, bu, yalnız hazır tekstil məhsullarına aiddir:

"Biz hazır məhsulların xarici bazarlara tədarükünə başlamağı planlaşdırırıq. Çünki xaricdə Azərbaycan ticarət evlərində nümayiş etdirilmiş məhsullarımız Rusiya və ərəb ölkələrində tərəfdaşlarımızı maraqlandırıb”.

Direktor qeyd edib ki, müəssisə artıq Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) əməkdaşlıq və ixracla bağlı müraciət alıb:

"Biz müxtəlf məhsul nümunələrini BƏƏ-yə göndərmişik və indi nəticələri gözləyirik”.

O əlavə edib ki, fabrik digər istiqamətlərə də tədarükü nəzərdən keçirir.

S.Babayevanın sözlərinə görə, Bakı Tekstil fabrikində 300 nəfər işləyir və 7 istehsal xətti fəaliyyət göstərir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->