Xəbər lenti

Azərbaycan çempionu Çempionlar Liqasında mübarizəni dayandırdı
İdman 19:03 28.11.2020

Azərbaycan çempionu Çempionlar Liqasında mübarizəni dayandırdı

Futzal üzrə Çempionlar Liqasında ilkin mərhələnin daha bir neçə oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionu "Araz” mübarizəyə bu gün qoşulub.

Naxçıvan təmsilçisi ilkin mərhələdə səfər oyununa çıxıb. Komandamız Afinadakı "Dias Sports Hall”da yerli AEK-lə üz-üzə gəlib. Yunanıstan təmsilçisi ilə duel uğursuz başlayıb. Ardıcıl qollarla hesabda geri düşən "Araz” ikinci hissədə özünə gəlib. Hətta Fineonun qırmızı vərəqə alması da çempionumuzun status-kvonu bərpa etməsinə mane olmayıb.

Matçın əsas vaxtı 3:3 hesabı ilə yekunlaşdığından, əlavə vaxta ehtiyac duyulub. Burada isə qol vurmaq mümkün olmayıb və qalib penaltilər seriyası ilə müəyyənləşib. Həlledici zərbələrdə daha dəqiq olan AEK qələbə sayəsində 1/16 final mərhələsinə vəsiqə qazanıbsa, "Araz” üçün turnirdə mübarizə erkən başa çatıb.

Çempionlar Liqası
İlkin mərhələ
28 noyabr

AEK (Yunanıstan) - Araz (Azərbaycan) 3:3 (Penalti - 4:3)
Qollar: Antonios Manos, 0,48. Kostas Panou, 19,59; 27,18 - Rizvan Fərzəliyev, 23,51. Xətai Bağırov, 32,49. Ramiz Çovdarov, 36,02.
Qırmızı vərəqə: Fineo, 28,09 (Araz).
Hakimlər: Karl Hyuz, Valentin Syuplea (hər ikisi Uels), Konstantinos Farmakis, Nikolaos-Andreas Paçakis (hər ikisi Yunanıstan)
Afina. "Dias Sports Hall”

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->