Xəbər lenti

Azərbaycan dünyanın 20 ölkəsindən biri olacaq
Ekonomiks 16:05 10.03.2018

Azərbaycan dünyanın 20 ölkəsindən biri olacaq

Azərbaycana turist səfərlərini və çarter uçuşlarını təşkil edən turizm şirkətlərinə güzəştlər edilməsi mexanizminin yaradılması nəzərdə tutulub. Trend informasiya agentliyinin məlumatına görə, yerli və xarici turizm şirkətlərinə subsidiyaların verilməsi, güzəştlərin edilməsi mexanizminin yaradılması planlaşdırılır.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Publika.az-a açıqlamasında hələ ki, detalları tam açıqlanmayan bu yeniliyi şərh edib. Onun sözlərinə görə, bu güzəştləri tətbiq etməklə Strateji Yol Xəritəsində göstərildiyi 2020-ci ilə kimi Bakını, 2025-ci ilə ilə qədər isə bütövlükdə Azərbaycanı turizm məkanı üzrə dünyanın 20 ölkəsi sırasına daxil edə bilərik:

"Ona görə də bu güzəştlər həm Bakı, həm regionlar, həm də hotellər üzrə tətbiq edilməlidir. Eyni zamanda aviaşirkətlər üçün də bu imkanlar yaradılmalıdır. Məlumdur ki, turpaketin əsas məğzini nəqliyyat təşkil edir. Nəqliyyat ucuz olanda tur paket də daha ucuz olar, o zaman gələn turistlərin də sayı artar. Bu istiqamətdəki təşəbbüs çox təqdirəlayiq hesab edilir. Nəqliyyat sektorundakı güzəştlər ölkəyə daha çox turistin gəlməsi üçün mühüm şərait yarada bilər. Azərbaycanın turizm potensialı ölkəyə gələn turist axınına lazımi şərait yaratmağa imkan verir. Ona görə də bu sayı artırmaq üçün mümkün variantlar işlənməlidir”.

M.Ağakərimov bu cür güzəştlərin bir çox ölkələrdə artıq tətbiq edildiyini deyib:

"Türkiyədə, Misirdə son illərdə turizm qurumlarına müəyyən güzəştlər etdilər, Avropa ölkələrində xüsusən bayram günlərində güzəştlər edilir. Turizm sektorunda qiymət siyasəti mühüm amillərdən olduğundan bu sahədə güzəştlərin tətbiq edilməsi ölkəmizə turist axınına iki dəfə artıra bilər. Onsuz da bizdə Avropa ölkələri ilə müqayisədə qiymət stabildir. Lakin güzəştlərin tətbiqi, viza sadələşdirilməsi kimi imkanlar turist axınına səbəb olacaq. İnanıram ki, bu güzəştlər kənd turizminin də inkişafına kömək edə bilər. Turizmin inkişafında qiymət siyasəti önəmli olduğuna görə həmin güzəştlər qiymətə təsirini göstərəcək və ölkəyə gələn turistlərin sayı artacaq”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->