Video 19:27 26.03.2020

Azərbaycan əsgəri xalqa səsləndi: “Biz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın!” (VİDEO)

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq, Müdafiyə Nazirliyinin bir qrup əməkdaşı videoçarx hazırlayıb.

Qaynarinfo xəbər verir ki, nazirlik əməkdaşları çarxda vətəndaşlara özlərinin və ətrafdakıların sağlamlığı üçün evdə qalmağı tövsiyə ediblər. 

"Biz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın!” - çağırışda deyilir.