Ekonomiks 18:51 08.03.2021

Azərbaycan əsilli iş adamı 1 həftəyə 1,2 milyard dollar qazandı

zərbaycan əsilli rusiyalı iş adamı, "Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov son 1 həftə ərzində 1,2 milyard dollar qazanıb.

Əgər yanvarın martın 1-də iş adamının sərvəti "Bloomberg Billionaires İndex”də 19,1 milyard dollar idisə, hazırda bu məbləğ 20,3 milyard dollara qədər artıb. Fond bazarlarında neftin qiymətinin artması, stabillik və koronavirusa qarşı peyvəndin hazırlanması Ələkbərovun sərvətinin 7 gündə 1,2 milyard dollar artımına səbəb olub.

Xatirladaq ki, 71 yaşlı iş adamı Rusiyanın 5-ci, dünyanın isə 89-ci ən zəngin şəxsidir. Onun prezidenti olduğu "Lukoyl” şirkəti dünya neftinin 2%-ni hasil edir.//Modern.az