Xəbər lenti

Azərbaycan estrada musiqisinin pop ulduzu tanınmış jurnalistlə birgə restoran biznesinə başlayır
Ölkə 16:01 15.04.2026

Azərbaycan estrada musiqisinin pop ulduzu tanınmış jurnalistlə birgə restoran biznesinə başlayır

Azərbaycan estrada musiqisinin tanınmış ifaçısı Canan paytaxtın Nəsimi rayonunda yeni ailəvi restoran məkanı ilə biznes fəaliyyətini genişləndirməyə hazırlaşır. Məlumata görə, sahəsi 500 kvadratmetrdən böyük olan obyekt artıq icarəyə götürülüb və müqavilə birbaşa müğənninin öz adına rəsmiləşdirilib. 1 illik icarə haqqının 53 450 manat təşkil etdiyi bildirilir.

Qeyd edək ki, bu layihədə Canana dəstək olan əsas şəxslərdən biri də tanınmış jurnalist Peyman Sadıqovdur. Uzun illərdir dostluq münasibətləri ilə seçilən Canan və Peyman Sadıqovun yaxın əlaqələri onların bu layihədə də özünü göstərib. Məlumata görə, restoran biznesinin təşkil olunması, ilkin planlaşdırma və ümumi proseslərin qurulmasında Peyman Sadıqov müğənniyə yaxından kömək edib.

Onların münasibəti yalnız işgüzar əməkdaşlıqla məhdudlaşmır. Dostluqları illər ərzində formalaşıb və qarşılıqlı etimad, dəstək üzərində qurulub. Ətrafdakıların da qeyd etdiyi kimi, Canan və Peyman Sadıqov tez-tez bir araya gəlir, müxtəlif layihələr ətrafında fikir mübadiləsi aparırlar. Bu yeni biznes təşəbbüsü isə onların münasibətlərini daha da möhkəmləndirən növbəti addım kimi qiymətləndirilir.

Məkanda ilkin mərhələdə 10-dan çox işçinin çalışması nəzərdə tutulur. Ərazidə daha əvvəl də restoran fəaliyyət göstərdiyinə görə hazırda əsasən yüngül təmir və yenilənmə işləri aparılır ki, bu da açılış prosesini sürətləndirir.

Restoranın açılışı 1 May tarixinə planlaşdırılır və layihənin qısa müddətdə paytaxtın diqqət çəkən məkanlarından birinə çevriləcəyi gözlənilir.

--> -->