Rejissor Şamil Əliyevin "Çölçü” filmi mayın 25-dən iyunun 1-dək Londonda keçirilən XV Rainbow Beynəlxalq film festivalında "Ən yaxşı bədii film” nominasiyasında əsas mükafata layiq görülüb.
APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm” Kinostudiyasında lentə alınan "Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahimxəlil Əminov, bəstəkarı Rauf Əliyevdir.
Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, gürcü aktrisa Salume Demuriya, Cavidan Məmmədli, Vüsal Mehrəliyev və digərləri çəkiliblər.
Qaynar.info
Şərhlər