Xəbər lenti

Azərbaycan futbolunda rüşvət QALMAQALI
İdman 12:25 06.05.2013

Azərbaycan futbolunda rüşvət QALMAQALI

Ölkə kubokunun yarımfinalı çərçivəsində baş tutmuş “Xəzər Lənkəran” – “Bakı” matçı ətrafında qalmaqal davam edir. 

Apasport.az saytının məlumatına görə, lənkəranlıların 2:0 hesabı ilə qalib gəldiyi görüşdə baş hakim Elçin Məmmədovun rüşvət alması iddiası yenidən gündəmə gəlib.

“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovun PFL prezidenti Ramin Musayevə laynsman vasitəsilə 20 min dollar göndərilməsini bildirməsi və həmin yan xətt hakiminin də bunu etiraf etməsi ortada rüşvət qalmaqalının olması faktını sübuta yetirib. “Futbol+” qəzetinin yazdığına görə, məsələdən agah olan “Bakı”nın prezidenti Hafiz Məmmədov qardaşı vasitəsilə Musayevə futzal referisinin hakimlikdən uzaqlaşdırılmasını tələb edib.

Sübut istəyən Ramin Musayev aşkarlanan faktdan sonra Məmmədovu müdafiə etmək niyyətindən əl çəkib və “Bakı” rəsmisinə referinin idarəçilikdən uzaqlaşdırılacağına söz verib.

Bu məsələ ilə bağlı danışan Elçin Məmmədov hakimlikdən uzaqlaşdırılmasından xəbərsiz olduğunu bildirdi: “Mənim bu haqda xəbərim yoxdur. Düzdür, ötən tur təyinat almadım. Ancaq bu, o demək deyil ki, cəzalandırılmışam və ya hakimlikdən uzaqlaşdırılmışam. Mənə bu haqda AFFA və PFL-dən hər hansısa bir xəbər verilməyib. Yazılanlar hamısı cəfəngiyatdır. Mən rəsmi qərara inanıram, yazılanlara yox...”

PFL-dən apasport.az saytına verilən xəbərə görə, Elçin Məmmədov hakimlikdən kənarlaşdırılıb və yalnız qərarın rəsmiləşməsi qalıb ki, bu da yaxın günlərdə reallaşacaq.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->