İdman 19:20 18.06.2021

Azərbaycan güləşçisi finalda erməni rəqiblə düşdü

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatında iki güləşçimiz final görüşünə çıxacaq.

Oxu.az xəbər verir ki, Fəraim Mustafayev (48 kq) finalda Sərvət Anqı (Türkiyə) ilə qarşılaşacaq.

Fərid Baxışlı (55 kq) isə Armen Sukyasyanla (Ermənistan) qalibi aydınlaşdırmağa çalışacaq.

Daha bir güləşçimiz – Kənan Abdullazadənin (65 kq) isə bürünc medal qazanmaq şansı var.

Qeyd edək ki, final və bürünc medal görüşləri sabah keçiriləcək.