Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, Covanni Kapraranın rəhbərlik etdiyi komanda Xorvatiya ilə üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdə keçirilən qarşılaşma yığmanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Xorvatiya bir, Azərbaycan isə iki xal qazanıb.
Azərbaycan - Xorvatiya 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15)
Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya ilə yanaşı, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Komanda növbəti oyununu avqustun 25-də Hollandiyaya qarşı keçirəcək. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.
Şərhlər