İdman 21:00 08.03.2018

Azərbaycan millisi Ukraynaya qalib gəldi

Martın 8-də futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında növbəti yoldaşlıq oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, oyundan əvvəl AFFA rəhbərliyi adından 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə hər iki komandanın üzvlərini təbrik edən baş katib Elxan Məmmədov onlara gül təqdim edib.

Bakı Olimpiya Stadionunda keçirilən matçda millimiz 2:0 hesabı ilə qalib gəlib.

Yığmamızın qollarını Sona Rəhimova və Birgul Çelik vurublar.