Xəbər lenti

Azərbaycan nefti bir qədər də bahalaşdı
Ekonomiks 23:59 19.12.2017

Azərbaycan nefti bir qədər də bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 18-də 66,12 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,21 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə "Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 18-də 65,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,21 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 18-də 62,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,28 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 18-də 63,82 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->