CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 31-də 79,38 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,35 dollar/barel çoxdur.
Qaynarinfo xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 31-də 77,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 31-də 76,66 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,29 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 31-də 77,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,57 dollar/barel çoxdur.
Şərhlər