Xəbər lenti

Azərbaycan neftinin qiyməti bir az da bahalaşsa... (EKSPERT)
Ekonomiks 12:27 03.06.2020

Azərbaycan neftinin qiyməti bir az da bahalaşsa... (EKSPERT)

"Neftin bahalaşması dünyada karantin şərtlərinin yumşaldılması və iqtisadi aktivliyin artması  fonunda baş verir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Samir Əliyev Azərbaycan neftinin qiymət artımından danışarkən deyib. Onun sözlərinə görə:

"Artıq bir sıra aviaşirkətlər reyslərini bərpa edəcəyini açıqlayıblar. Yəni, iqtisadi aktivliyin artması neftə olan təlabatı da artırır. Bu səbəbdən neftin qiyməti bahalaşıb və 40 dollar həddini keçib. Sonuncu dəfə neft qiymətinin artım həddi martın 6-da olub. Ondan sonra isə kəskin ucuzlaşıb”.

Ekspert qeyd edib ki, Azərbaycan üçün neftin  bahalaşması çox vcibdir: 

"Bunu dəfələrlə demişik ki, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır. Dövlət büdcəsində 55 dollar nəzərdə tutulub, amma tədiyyə balansında manatın sabitliyi üçün 40 dollardan yuxarı olmalıdır. Mövcud qiymətlər bir qədər də bahalaşarsa, manat üçün sabitlik yaranacaq”.

Qeyd edək ki, Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,14 ABŞ dolları, yaxud 5,61% artıb. "Azeri Light” markalı neftin bir barelinin qiyməti 40,28 ABŞ dolları təşkil edib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->