"Neftin bahalaşması dünyada karantin şərtlərinin yumşaldılması və iqtisadi aktivliyin artması fonunda baş verir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Samir Əliyev Azərbaycan neftinin qiymət artımından danışarkən deyib. Onun sözlərinə görə:
"Artıq bir sıra aviaşirkətlər reyslərini bərpa edəcəyini açıqlayıblar. Yəni, iqtisadi aktivliyin artması neftə olan təlabatı da artırır. Bu səbəbdən neftin qiyməti bahalaşıb və 40 dollar həddini keçib. Sonuncu dəfə neft qiymətinin artım həddi martın 6-da olub. Ondan sonra isə kəskin ucuzlaşıb”.
Ekspert qeyd edib ki, Azərbaycan üçün neftin bahalaşması çox vcibdir:
"Bunu dəfələrlə demişik ki, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır. Dövlət büdcəsində 55 dollar nəzərdə tutulub, amma tədiyyə balansında manatın sabitliyi üçün 40 dollardan yuxarı olmalıdır. Mövcud qiymətlər bir qədər də bahalaşarsa, manat üçün sabitlik yaranacaq”.
Qeyd edək ki, Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,14 ABŞ dolları, yaxud 5,61% artıb. "Azeri Light” markalı neftin bir barelinin qiyməti 40,28 ABŞ dolları təşkil edib.
Bahar Rüstəmli
Şərhlər