Xəbər lenti

Ölkə 12:50 16.07.2020

Azərbaycan Ordusu bu istiqamətdə düşmənin burnunu ovub – Hərbi ekspert

"Azərbaycan Ordusu tam hazır vəziyyətdədir".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, Tovuz həm 1990-ci illərdə, həm də indi işğal və bölgəyə nəzarət etmək üçün bir istiqamət olub:

"Ona görə də ermənilər həm o vaxtlar, həm də indinin özündə də bunu təkrarlayırlar. Amma çox uğursuz cəhdlərdir, bunun heç bir nəticəsi olmayacaq. Tovuz, Qazax, Ağstafa istiqaməti bizim üçün təkcə hərbi deyil, o cümlədən iqtisadi nöqteyi-nəzərdən də çox önəmlidir. Bu istiqamətdə həm Azərbaycan Müdafiə Nazirliyinin, həm Dövlət Sərhəd Xidmətinin və digər güc strukturlarının köməyi ilə nə lazımdırsa olunub və olunmaqdadır".

Üzeyir Cəfərov qeyd edib ki, ermənilərin son vaxtlar törətdiyi təxribatların əsas məqsədi diqqəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına cəlb eləməkdir:
 


"Yəni, özünə bir arxa, bir dəstək kimi... Bu da uğursuz alındı. Dünən ölkə başçısının Nazirlər Kabinetinin iclasında da söylədiyi fikirlərə diqqət yetirsək, real vəziyyətlə bağlı bütün mənzərə tam çılpaqlığı ilə məlum olar. Azərbaycan Ordusu bu istiqamətdə düşmənin burnunu ovub. Baxmayaraq ki, biz bu döyüşlərdə əsgərdən tutmuş generala kimi şəhid vermişik. Bu gün yenə də səhər saatlarından ermənilər Tovuzun həmin istiqamətdə olan mövqelərini, o cümlədən də yaşayış məntəqələrini atəşə tutublar. Müdafiə Nazirliyi məlumat yayıb, gün ərzində yenə də məlumat veriləcək. Tovuz, həmin Ağdam kəndi istiqamətində strateji yüksəkliklər çox önəmli və vacibdir. Düşmən də o strateji yüksəkliklərə nəzarət üçün davamlı olaraq bəzi hərəkətlər edir. Amma düşünmürəm ki, bunun bir nəticəsi olacaq. Biz tam hazır vəziyyətdəyik. Bizim əsgərlərimiz tam heyyətdə döyüşlərə qatılmayıb. Cüzi bir hissə həmin əməliyyatlara qatılıb".

Ekspertin fikrincə, narahatlığa hər hansı əsas yoxdur: 

"Yaralılarımız var, yenə də Allah qorusun, şəhidlər ola bilər. Orada olan əsgərər və onların valideyinləri də səbrli olmalıdır. Hər halda bizim doğmalarımız xain düşmənlə üz-üzədir. Çalışmalıyıq ki, onlara mənəvi dəstək olaq".   

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->