Foto 11:40 06.07.2020

Azərbaycan Ordusu cəbhəboyu zonada gecə təlimləri keçirdi (VİDEO)

Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən hərbi hissələrində döyüş atışlı taktiki təlimləri keçirilib.

Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, təlimlər çərçivəsində bölmələr gecə vaxtı müxtəlif döyüş tapşırıqlarını yerinə yetiriblər.

Təlimlərə cəlb edilən bölmələr müxtəlif təyinatlı silahlardan atışlar icra edərək şərti düşmən hədəflərini məhv ediblər.