"Ermənistan tərəfinin Şuşa və Xankəndi şəhərlərinin Azərbaycan Ordusu tərəfindən guya raket atəşinə tutulması barədə yaydıqları məlumat yalandır”.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb:
"Bir daha bildiririk ki, Azərbaycan Ordusu mülki əhalini heç vaxt atəşə tutmur. Azərbaycan humanitar atəşkəs rejiminə əməl edir”.
Şərhlər