Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir (RƏSMİ)

Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir (RƏSMİ)

Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

"Bir daha bildiririk ki, Ermənistandan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir. Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib", - məlumatda qeyd olunub.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR