Xəbər lenti

Azərbaycan ordusunun bir kəndi 7 saniyəyə məhv edən silahı
Ölkə 17:25 14.07.2019

Azərbaycan ordusunun bir kəndi 7 saniyəyə məhv edən silahı

Rusiyanın ən dəhşətli silahı - TOS-1A "Solntsepyok” ağır odsaçan sistemidir. Belə qənaətə Çinin "Sina” nəşri gəlib (tərcümə - inosmi.ru).

Nəşr bildirir ki, hazırda başqa heç bir ölkənin bu silaha qarşı qoymağa vasitəsi yoxdur. Rusiyanın ağır odsaçan sistemi bir kəndi cəmi 7 saniyəyə məhv etmək imkanındadır.

Xatırladaq ki, Azərbaycan hələ bir neçə il əvvəl Rusiyadan TOS-1A "Solntsepyok” ağır odsaçan sistemlərini (iki divizyon-18 kompleks) əldə edib. Rusiya daha sonra bu silahı İraqa, Suriyaya və Ermənistana da verib.

Məqalədə deyilir ki, bu silah Rusiya ordusunun sərəncamına təxminən 10 il əvvəl verilib. Onu "odsaçan tank” adlandırsalar da əslində indiki dövlərin tankına bənzəmir. Baxmayaraq ki, T-90 tanklarının şassisi üzərində yığılıb.



Odsaçan sistemlərin ən erkən versiyası OT-1 sovet odsaçanları olub, daha sonra başqa ölkələr də belə silah yığmağa başlayıblar. ABŞ İvodzima döyüşü üçün məxsusi olaraq odsaçan tank işləyib hazırlayıb. Bundan əlavə Perl-Harbora hücum zamanı da amerikalılar tranşeylərdə ilişən yapon tanklarını məhv etmək üçün odsaçanlardan istifadə ediblər.

O vaxtlar odsaçan sistemlər birbaşa tank pulemyotunun yerində quraşdırılırdı, bəzi modellərdə isə bu sistemi quraşdırmaq üçün tankın topu sökülürdü. Lakin rusların TOS-1A sistemi tamam fərqlidir və çoxlüləri raket qurğusu şəklindədir. Üstəlik bu silahda yüksək enerjiyə malik yanacaq raket mərmisinin içərisindədir və bu da raket mühərrikinə mərmini yüksək dəqiqliklə hədəfə çatdırmağa imkan verir.

TOS-1A sistemlərinin yaradılmasının ilkin məqsədi Rusiya ordusunun böyük itkilər verdiyi Qrıznı döyüşlərinin kədərli təcrübəsini təkrarlamamaq idi. Silahlı qüvvələr qarşısında belə məsələ dayanmışdı ki, küçə dööyüşlərində itkiləri necə azaltmaq və qalib gəlmək olar. Çünki hərbi əməliyyatların aparıldığı yer məhduddursa və möhkəm müdafiə qurğuları ilə təchiz olunubsa adi tanklar öz effektivliyini itirir. Ona görə də Rusiya ordusu situasyanı yaxşılaşdırmaq yolları axtarmağa başladı və TOS-1A sistemləri meydana çıxdı. Bu silahların yaradılması ordunun küçə döyüşlərində imkanları xeyli artırdı. Çünki rəqibin bu odsaçan sistemlərinə qarşı heç bir vasitəsi yoxdur.

TOS-1A ağır odsaçan sistemi bir yaylım atəşi ilə malik olduğu bütün raketləri cəmi 7 saniyəyə buraxa bilir. Bu da tamamilə kifayət edir ki, bütöv kəndi məhv edəsən. Raket mərmiləri iki tip olur-yandırıcı və termobarik. Mərmi hədəfə dəyəndə trietilaliminium və yanaacq hava ilə təmasdan alışır, böyük temperatur yaranır və ətrafdakı bütün kislorod məhv edilir. Nəticədə mərminin düşdüyü rayonda yüksək temperatur, hədsiz yüksək təzyiq və kislorod qıtlığı yaranır. Bütün bu amillər hətta yerin altında gizlənməyə imkan tapanları da məhv edir.

Mənbə: Virtualaz.org 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->