İdman 17:01 16.10.2021

Azərbaycan Premyer Liqası: "Keşlə" "Səbail"ə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib. 

Qaynarinfo-nun məlumatına görə, günün ilk oyununda "Səbail" "Keşlə"ni qəbul edib. 

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdəki qollar ikinci hissədə vurulub.

68-ci dəqiqədə Tərlan Quliyev cərimə zərbəsindən hesabı açaraq "Keşlə"ni önə keçirib. 3 dəqiqə sonra isə Rauf Əliyev bərabərlik qoluna imza atıb. 81-ci dəqiqədə Anatole Abanq komandasına qələbə qazandırıb. 

Qələbədən sonra xallarının sayını 7-ə çatdıran "Keşlə" "Sumqayıt"la birlikdə 5-6-cı yerləri bölüşdürür. "Dənizçilər" isə 6 xalla 7-cidir. 

Qeyd edək ki, günün digər matçında "Qəbələ" "Zirə" ilə üz-üzə gələcək. Tura oktyabrın 17-də keçiriləcək "Sumqayıt" - "Neftçi" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.