İdman 17:36 12.08.2020

Azərbaycan Premyer Liqasında I turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun oyun cədvəli məlum olub.

Qaynarinfo PFL-in saytına istinadən xəbər verir ki, ilk turun matçları 3 günü əhatə edəcək.

Bütün görüşlər "CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Premyer Liqa
2020/21 mövsümü
I dövrə, I tur

21 avqust
18.30 Sumqayıt - Keşlə
"Kapital Bank Arena”

20.30 Neftçi - Səbail
"Bakcell Arena”

22 avqust
20.00 Qarabağ - Sabah
"Azersun Arena”

23 avqust
19.00 Qəbələ - Zirə
Qəbələ şəhər stadionu