Siyasət 21:05 29.11.2013

Azərbaycan Prezidentinin Litva səfəri başa çatdı

 
Noyabrın 29-da Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının Baş naziri Andrus Ansip ilə görüşdü.

Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edildi. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafında Vilnüs Sammiti çərçivəsində imzalanan viza rejiminin sadələşdirilməsinə dair sənədin əhəmiyyəti vurğulandı və bundan Estoniya tərəfinin məmnun qaldığı qeyd olundu. Ölkələrimizin turizm, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində əməkdaşlığının yaxşı perspektivlərinin olduğu bildirildi.

Bununla da noyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasına işgüzar səfəri başa çatdı. /trend/


Qaynar.info