Türkiyədə ən çox kartof tədarük edilən Niğde və Nevşehirdə 400 min tona yaxın məhsul bazarlarda zay olur. Havalar birdən isindiyi üçün Adana bölgəsində 20 günə çıxacaq yeni kartof anbarda olan məhsulların qiymətini aşağı salacaq.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə kartof ticarəti ilə məşğul olan Ünal Topal bildirib.
Anbarlardakı kartofları 15- 20 gün ərzində satmaq məcburiyyətində qaldıqlarını deyən sahibkar qeyd edib ki, əks təqdirdə bütün məhsul çürüyərək məhv olacaq.
Niğdə ildə hər il təxminən 1 milyon tona yaxın kartof çıxarılır. Hökumət fermerlərin narahatlığını nəzərə alaraq onlara kartof ixracı və dizel dəstəyi verib. Verilən dəstəklə ən çox ixracatın reallaşdırıldığı ölkələr arasında olan Gürcüstanın iyun ayına qədər bazarı bağlaması məhsul satışına mənfi təsir göstərib. Bu arada, Azərbaycanın da Türkiyədən gedən əkinçilik məhsullarına 36 faiz vergi tətbiqi kartofun anbarlarda qalmasına səbəb olub.
Sahibkar Ünal Topal kartofun istehsal xərcinin 55-60 qəpik arasında dəyişdiyini bildirib. Qeyd edib ki, satış 25-35 qəpiyə reallaşsa, bu istehsalçıları çətin vəziyyətdə qoyacaq: "Hökumətimiz mazut və ixracla bağlı bizə dəstək göstərir. Lakin zaman məhduddur, əgər bu müddət içərisində məhsylu sata bilməsək kartofu zibilə atmalı olacağıq. Çünki hər keçən gün daha da pisləşir" ,- deyə sahibkar bildirib.
Şərhlər