Xəbər lenti

XİN Stokholmdakı səfirliyin bağlanması xəbərini təkzib etdi (YENİLƏNİB)
Siyasət 16:23 10.11.2018

XİN Stokholmdakı səfirliyin bağlanması xəbərini təkzib etdi (YENİLƏNİB)

"Biz hər hansı bir yerdə, o cümlədən Azərbaycanın İsveçdəki səfirliyini bağlamaq niyyətində deyilik".

Qaynarinfo xəbər verir ki, bunu Xarici İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

XİN rəsmisi bildirib ki, Azərbaycanın İsveçdəki səfirliyini bağlayacağına dair məlumatlar həqiqəti əks etdirmir: "Bir kərə yüksələn bayraq, bir daha enməz” prinsipi suveren və müstəqil dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir.

Əksinə, Azərbaycanın həyata keçirdiyi çox fəal xarici siyasəti və beynəxalq birlik tərəfindən artan hörmətini nəzərə alaraq, xaricdəki nümayəndəliklərimizin sayını hətta daha da artırmaq niyyətindəyik".

***13.53 
 
Azərbaycan Stokholmdakı səfirliyini bağlayır.

Qaynarinfo xəbər verir ki, bu barədə virtualaz.org-a Azərbaycan XİN-dəki mənbələrdən məlumat verilib.

Qeyd edək ki, həmin səfirliyin fəaliyyəti üç ölkəni - İsveçi, Norveçi və Finlandiyanı əhatə edir.

XİN-dəki eyni mənbələr Norveç XİN-in Bakıdakı səfirliyini bağlamaq barədə dünən verdiyi qərarı da şərh ediblər. Bu qərar Bakı ilə Oslo arasında diplomatik əlaqələrin aşağı səviyyədə olması ilə izah edilib.

Bakının Skandinaviya ölkələrindəki diplomatik nümayəndəliyini bağlamaq barədə qərarı isə ehtimal ki, cavab addımıdır.

Xatırladaq ki, Norveç Azərbaycandakı səfirliyinin bağlanması barədə qərar verib. İki ölkə arasında münasibətlərə görə məsuliyyəti Türkiyədəki səfirlik daşıyacaq. Bakıda isə Norveçin baş konsulluğu açılacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->