İdman 14:46 22.09.2021

Azərbaycan taekvondosuna ağır itki

Azərbaycan Taekvondo Federasiyasının (ATF) ilk prezidenti Süleyman Məmmədov vəfat edib.

Qaynarinfo xəbər verir ki, ölkədə taekvondonun təşəkkül tapmasında böyük xidmətləri olmuş Məmmədov 73 yaşında dünyasını dəyişib.

O, ATF-ə 2002-ci ilədək rəhbərlik edib. Mərhum həmçinin Azərbaycan Hapkido Federasiyasının, Dünya Turan Do, Dünya Universal Döyüş sənətləri, Yaşlıların Dünya Döyüş sənətləri Assosiasiyalarının, həmçinin Dünya Döyüş sənətləri Assosiasiyası Qlobal Konfederasiyasının prezidenti və yaradıcısı olub.

Səbuhi Həsənov