İdman 15:19 21.07.2019

Azərbaycan təmsilçiləri Avropa Liqasına təyinat aldı

Azərbaycan təmsilçiləri Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına təyinat alıblar.

Qaynarinfo xəbər verir ki, AFFA-nın iki rəsmisi bu qarşılaşmalarda iş başında olacaq.

Bunlar Asim XudiyevSərxan Hacıyevdi. A.Xudiyev iyulun 25-də baş tutacaq "Lokomotiv” (Plovdiv, Bolqarıstan) – "Spartak” (Trnava, Slovakiya) görüşündə hakim-inspektor olacaq.

S. Hacıyev isə Macarıstanda yerli "Fehervar”la Lixtenşteyn təmsilçisi "Vaduts”un görüşünə təyinat alıb. O, oyunun UEFA nümayəndəsi vəzifəsini icra edəcək.