Foto 19:39 13.09.2021

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlıları birgə təlimdə müxtəlif silahlardan atəş açdı (VİDEO)

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç qardaş - 2021” beynəlxalq təlimində atəş hazırlığı üzrə məşğələlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, təlimin planına əsasən xüsusi təyinatlı bölmələr atıcı silahlardan və qumbaraatandan praktiki atışların yerinə yetirilməsi tapşırıqlarını icra ediblər.

Qeyd edək ki, "Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.