Xəbər lenti

Azərbaycan və Böyük Britaniya arasında birgə gömrük bəyanatı imzalandı
Ölkə 22:32 19.02.2019

Azərbaycan və Böyük Britaniya arasında birgə gömrük bəyanatı imzalandı

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) ilə Böyük Britaniyanın Sərhəd Qüvvələri adından çıxış edən Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıblar.

Bu barədə Qaynarinfo-ya DGK-dan məlumat verilib.

Dövlət Gömrük Komitəsində keçirilən mərasimdə komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, komitə sədrinin müavinləri, Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts və bu ölkənin sərhəd xidmətinin əməkdaşları iştirak ediblər.

Sənədi DGK sədri Səfər Mehdiyev və xanım Baronessa Emma Nikolson imzalayıblar.

Sənədə əsasən, gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, risklərin idarə olunması sahəsində qabaqcıl təcrübənin bölüşdürülməsi, dövlət sərhədindən keçirilən mallar, səyahətçilər və nəqliyyat vasitələri üzrə sərhəd təhlükəsizliyinin təmin olunmasına dair fikir mübadiləsi aparılması istiqamətində əməkdaşlıq barədə razılıq əldə olunub.

Xatırladaq ki, birgə bəyanat Böyük Britaniyanın sərhəd xidməti tərəfindən maliyyələşdirilən "Hunter” layihəsi çərçivəsində imzalanıb.

Layihə beynəlxalq daşımalar zamanı gömrük-sərhəd keçmə prosedurlarının sadələşdirilməsi vasitəsilə həm mallar, həm də şəxslər üzrə məlumat analizi və hədəflərə dair beynəlxalq imkanların yaradılmasını nəzərdə tutur.

Eyni zamanda, layihənin məqsədləri sırasına effektiv gömrük nəzarətinin genişləndirilməsilə ölkələrin milli maraqlarına zərər verə biləcək şəxslərin və malların qarşısının alınması, həmçinin məlumat analizi bazasının və hədəflənmə imkanlarının inkişaf etdirilməsilə aviadaşıyıcılar və oxşar məlumat toplama sistemləri (dəniz, poçt/sürətli bağlamalar və konteynerlər) tərəfindən təmin olunan Sərnişinlərə dair İlkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) məlumatlarının toplanması daxildir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->