Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü Moskvada keçirilə bilər.
"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Sergey Lavrov da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti görüşdə iştiraka hazır olduğunu deyib.
Şərhlər