Xəbər lenti

Azərbaycan vətəndaşlarına xəbərdarlıq edildi
Siyasət 17:25 25.06.2013

Azərbaycan vətəndaşlarına xəbərdarlıq edildi

Azərbaycanın Misirdəki səfirliyi bu ölkədə yaşanan son siyasi hadisələrlə bağlı Misirdəki Azərbaycan vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edib.
XİN mətbuat xidmətindən verilən məlumata görə, Misirdə yaşanan son siyasi hadisələr və 30 iyun tarixində keçirilməsi planlaşdırılan kütləvi nümayişlərlə əlaqədar səfirlik bu ölkədəki Azərbaycan vətəndaşlarına ehtiyatlı olmağı və xüsusi zərurət olmadığı təqdirdə, şəhərin mərkəz hissəsi, Heliopolis rayonu və digər kütləvi yerlərdən kənar durmağı məsləhət görür.

Vətəndaşlara müəyyən miqdarda ehtiyat ərzaq tədarükünün görülməsi, avtomobillərinin yanacaqla təchiz edilməsi və telefonlarının işlək vəziyyətdə olmasının təmin edilməsi, səfirlikdə qeydiyyatda olmayan və ya müəyyən qısa müddətli ezamiyyət məqsədilə Misirdə olan vətəndaşların tezliklə səfirlikdə qeydiyyatdan keçmələri tövsiyə olunur.

Hər hansı zərurət yarandığı təqdirdə, vətəndaşlar (002) 01008158628 və ya (002) 01014234441 qaynar xətlər  vasitəsilə istənilən vaxt səfirliklə əlaqə saxlaya bilərlər.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->