Xəbər lenti

Azərbaycan öz ərazisinə girir, Ermənistan qəsdən Fransanı oyuna çəkir... (ŞƏRH)
Siyasət 12:35 15.05.2021

Azərbaycan öz ərazisinə girir, Ermənistan qəsdən Fransanı oyuna çəkir... (ŞƏRH)

"Bu, əslində Qərblə Rusiya arasında olan siyasi qüvvələrin oyunudur".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın Laçın rayonunun Ermənistanla sərhəd ərazilərində Qaragöl dövlət qoruğu ətrafında sərhədlərini bərpa etməsindən danışarkən deyib. Onun fikrincə, Ermənistan bu məsələdə Fransanı bilərəkdən oyuna çəkir:

"Sərhədlərin dəqiqləşməsi prosesi daima gedir. Ermənilərin məqsədləri Azərbaycana hansısa mesajı çatdırmaq yox, ilk növbədə daxili siyasi oyunları qızışdırmaqdır. Seçkilər ərəfəsində qərbpərəstlərlə rusiyapərəstlər arasında rəqabət var. Onlar bu mövzudan bilərəkdən istifadə edirlər ki, guya Rusiya onların köməyinə gəlmir. Bunun üçün də Fransanı ortaya atmaq istəyirlər".

Qeyd edək ki, Laçın rayonunun Ermənistanla sərhəd ərazilərində Azərbaycan sərhədçilərinin Qaragöl dövlət qoruğu ətrafında mövqe tutması və dövlət sərhədini bərpa etməsi məsələsi gərginliyə səbəb olub. Ermənilər isə bunu "Ermənistan ərazisinə müdaxilə” kimi qiymətləndirərək müxtəlif təxribatçı bəyanatlar səsləndiriblər.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->