Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində keçirilən əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində meşəlikdə gizlədilən 1 ədəd qara rəngli çanta aşkar olunaraq götürülüb.
DSX-nin Mətbuat Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, çantaya baxış zamanı ümumi çəkisi 24 kq 785 qram olan (13 kq 240 qr "heroin”, 1 kq 535 qr "metamfitamin”, 10 kq 10 qr "tiryək” və 1500 ədəd "metadon-40” həb) narkotik vasitələr aşkarlanaraq götürülb.
Fakt üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticədə Astara rayonunun Sım kəndi yaxınlığında qeyd olunan narkotik vasitələri Azərbaycana gətirən İran vətəndaşı 1982-ci il təvəllüdlü Əzimi Əhməd Əmənulla saxlanılıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şərhlər