Xəbər lenti

Azərbaycana gətirilən altı ton darçının istehlaka yararsız olduğu aşkarlandı
Ekonomiks 18:56 20.02.2021

Azərbaycana gətirilən altı ton darçının istehlaka yararsız olduğu aşkarlandı

Vyetnamdan ölkəmizə idxal edilən altı ton darçın məhsulunun istehlaka yararsız olduğu aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Qaynarinfo-ya verilən məlumata görə, ölkəmizə idxal edilən altı ton darçın məhsulu partiyasına agentliyin müfəttişləri baxış keçirib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində ağır metallar qrupuna aid olan kadmiumun (Cd) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->