Azərbaycanda 105 yaşlı kişi koronavirusdan sağaldı

Azərbaycanda 105 yaşlı kişi koronavirusdan sağaldı

Azərbaycanda 105 yaşlı şəxs COVID-19-dan sağalıb. 

Modern.az-ın əldə etdiyi məlumata görə, bu şəxs 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur. O, Bakı şəhərində yaşayır.

H.İbrahimov həm də İkinci Dünya Müharibəsinin veteranıdır. O, II Qarabağ müharibəsi zamanı orduya dəstək məqsədilə 2 aylıq pensiyasını (yeddi yüz manat) Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR