"Təşkilat olaraq heç bir zaman belə irgənc mövzuları ictimailəşdirməmişik, ancaq bayaqdan özümüzə yer tapa bilmirik. 15 yaşında az yaşlı düşüncəsi zəif olan uşağı məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahət tərəfindən münasibətə girərək hamilə qoyub. Müəllimə bu gün Lerik rayon məhkəməsində hakim Atabəy Kiçikbəyov tərəfindən cəmi 1 il iş kəsilib".
Qaynarinfo xəbər verir ki, bu barədə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
"Bu uşaq aylardır gözümüzün önündədir hamilə olduğunu belə dərk etmir. Sual veririk: bu nə qərardır bu nə ədalətsizlikdir?! Bəs bu uşağın gələcəyi necə olacaq?! O özü heçnəyi anlamır. Bəs bizdəmi başa düşmürük, ya bizim qız övladlarımız yoxdurmu?!
Tək sözlə bunu deyirik, sonu nə olur olsun, bu uşağı müdafiə edəcəyik və bu haqsız qərarla bağı bütün qurumları tək-tək məlumatlandırıb ciddi ölçü götürülməsini tələb edəcəyik!", - deyə məlumatda qeyd edilir.
Şərhlər