Ölkə 17:52 22.05.2020

Azərbaycanda 3 televiziya işçisində koronavirus aşkarlandı

Televiziyaların 3 əməkdaşında koronavirus aşkar edilib.

"Report” xəbər verir ki, bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, onların təmasda olduğu şəxslər də müayinə olnub və nəticələr tezliklə məlum olacaq.