Xəbər lenti

Ölkə 09:40 09.11.2018

Azərbaycanda adı dəyişdirilib, məlumat lövhəsi "kraskalanan" nazirlik (FOTO)

Bu ilin aprelində keçirilən Prezident seçkilərindən sonra Nazirlər Kabinetinin tərkibində müəyyən struktur dəyişiklikləri aparıldı. Bunun nəticəsində Mədəniyyət və Turizm Nazirliyinin bazasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradıldı.

Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, aradan altı ay keçməsinə baxmayaraq, Mədəniyyət Nazirliyinin rəhbərliyi tabeliyindəki bəzi qurumların tanıtım lövhələrində müvafiq dəyişiklik aparmağı lazım bilməyib. Belə olmasaydı, Musiqili Teatrın binası qarşısında tanıtım lövhəsi dəyişdirilmək əvəzinə üzərindəki yazı pozulmazdı.

Məsələyə aydınlıq gətirən teatrın direktoru Əliqismət Lalayev artıq sifarişlərin verildiyini və yaxın zamanlarda lövhənin dəyişdiriləcəyini bildirib.
 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?