Xəbər lenti

Azərbaycanda adı olub, saytı olmayan partiyalar
Ölkə 20:23 29.06.2020

Azərbaycanda adı olub, saytı olmayan partiyalar

Bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir şəraitdə Azərbaycanda bu durum xüsusi karantin rejiminin elan edilməsi, əksər fəaliyyətlərin onlayn sistemə keçirilməsi ilə müşahidə olundu. Təhsildən xidmət sahəsinə qədər hər növ idarəçiliyin onlayn şəkildə aparılması siyasi fəaliyyətlə bağlı da bu kimi məqamları diqqət mərkəzinə gətirdi.

Sosial şəbəkələrdə və mətbuatda siyasi partiya rəhbərlərinin, təmsilçilərin mütəmadi çıxışlarını görsək də, maraqlı olan digər məqam ortaya çıxdı. Siyasi partiyaların sosial şəbəkələrdən xaric, səmərəli və rəsmi hesab edilə biləcək saytı varmı? 

Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, bu məsələdə vəziyyət heç də ürəkaçan deyil. Belə ki, Azərbaycanda Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş 58 siyasi partiyanın cəmi 10-da rəsmi sayt fəaliyyət göstərir.

Hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytı "yap.org.az” şəklindədir.

Müsavat Partiyası da rəsmi saytı olan siyasi partiyalardan biridir. Lakin partiyanın "musavat.org.az” şəklində olan elektron saytına hazırda daxil olmaq mümkün deyil. Partiya başqanı Arif Hacılı isə saytımıza açıqlamasında problemin xaker hücumlarından qaynaqlandığını bildirib.

Ümid Partiyasının "umidparty.org” saytı isə yenilənmiş formada istifadəyə verilib.

Gələcək Azərbaycan Partiyasının "gap.org.az”, Azərbaycan Liberal Demokrat Partiyasının isə "libdemaz.blogspot.com” domeni ilə hazırlanmış saytları hazırda fəaliyyətdədir. Son zamanlar siyasi aktivliyi ilə seçilən Respublikaçı Alternativ Partiyası isə qeydiyyata alınmış siyasi partiya olmasa da "realpartiya.org” formasında rəsmi saytı fəaliyyət göstərir. Milli Dirçəliş Hərəkatı Partiyasının saytı "mdhp.az”, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının saytı "baxcp.az”, Klassik Xalq Cəbhəsi Partiyasının saytı isə "kxcp.org”dur. Azərbaycan İslam Partiyasının rəsmi saytı olan "islaminsesi.org” isə hazırda fəaliyyət göstərmir. Bunun səbəbi barədə siyasi partiyanın mövqeyini öyrənə bilmədik.

Azərbaycan Demokrat Partiyasının rəsmi saytı "adp-muxalifet.blogspot.com”un isə server problemi olduğundan dolayı hazırda keyfiyyətli fəaliyyət göstərdiyini qeyd edə bilmərik.

Rəsmi saytı olan partiyalardan biri də Azərbaycan Sosial Demokrat Partiyasıdır. Lakin bu partiyanın "sdpa.az” domeni üzərində qurulmuş saytı ötən ildən fəaliyyətini dayandırıb. Partiya sədri Araz Əlizadə buna baxmayaraq, partiyanın fəaliyyətinin davam etdiyini vurğulayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->