Beyin ölümü faktının təyin edilməsi ölümün baş vermə tarixi, saatı, ölümün necə təyin olunması qaydası müəyyənləşib.
Modern.az-ın məlumatına görə, bununla bağlı "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun 10-cu maddəsinə (Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsi vaxtının müəyyən edilməsi) dəyişiklik təklif olunur.
Dəyişikliyə görə, bioloji ölüm qərarı mütəxəssis həkim briqadası tərəfindən ölümü təsdiq edən inkaredilməz dəlillər əsasında verilir. Həkim briqadası müvafiq icrahakimiyyəti orqanı tərəfindən müəyyən edilir və ən azı iki mütəxəssisdən ( neyrocərrah (və ya nevropatoloq), anestezioloq və reanimotoloq) ibarət olur.
Beyin ölümü faktının təyin edilməsi ölümün baş vermə tarixi, saatı, ölümün necə təyin olunduğu ( hansı test, müayinə üsulu) göstərilməklə protokollaşdırılır, ölümü təyin edən həkimlər tərəfindən imzalanır və möhürlənir. Beyin ölümü faktının təyin edilməsi protokolu donor orqanının alındığı tibb müəssissəsində 15(on beş) il saxlanmalıdır.
Qanun layhəsinə dəyişiklik Milli Məclisin Səhiyyə komitəsinin iclasına çıxarılır.
Şərhlər