Xəbər lenti

Azərbaycanda bir rayonda 11 nəfər koronavirusdan öldü (RƏSMİ)
Ölkə 17:32 24.09.2020

Azərbaycanda bir rayonda 11 nəfər koronavirusdan öldü (RƏSMİ)

Biləsuvar rayonunda bu günədək koronavirus infeksiyasına yoluxan, sağalan və ölənlərin sayı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, rayonda indiyədək virusdan 11 nəfər vəfat edib.

Belə ki, indiyədək koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar (COVID-19) 5 974 test aparılıb. Eyni zamanda 324 yoluxma, 265 sağalma və 11 ölüm faktı qeydə alınıb.

Qeyd edilib ki, hazırda aktiv xəstə sayı 48 nəfərdir. Onların müalicəsi xəstəxana və ev şəraitində davam edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->