Xəbər lenti

Azərbaycanda borca görə 26 nəfər saxlanıldı
Ölkə 11:29 22.09.2018

Azərbaycanda borca görə 26 nəfər saxlanıldı

Ötən gün ərzində ölkə ərazisində daxili işlər orqanları tərəfindən 121 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, baş verən cinayətlərin 22-si "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->